Sərkisyanın əleyhinə imza atmayan azərbaycanlılar

23-02-2017, 19:53           
Sərkisyanın əleyhinə imza atmayan azərbaycanlılar
Ermənistan Prezidenti Serj Sərkisiyan Avropa İttifaqına rəsmi səfərə gedir. Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Formunun bir qrup üzvü Avropa İttifaqının rəhbərliyinə rəsmi müraciət edib. Müraciətə imza atanlar Avropa İttifaqını Sərkisiyanın Azərbaycana qarşı qeyri-qanuni ərazi iddialarından imtinaya, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına və zorla sərhədlərin dəyişdirmək cəhdlərinin təhlükəli presedent olduğunu nəzərinə çatdırmağı qeyd ediblər.

Bunu Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, Forumun bir qrup üzvü , QHT sədrləri Sərkisiyanın əleyhinə imza atmaqdan imtina edib:

“Xocalı soyqırımında birbaşa iştirak edən və günahsız mülki vətəndaşlarımızı qanına qəltan edən Ermənistan Prezidenti Serj Sərkisyan Avropa İttifaqına rəsmi səfərə gedir. Bundan əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev rəsmi səfər etmişdi. Cənab prezidentin rəsmi səfəri zamanı ermənilərin əli ilə 76 nəfər azərbaycanlı - QHT, jurnalist, hüquq müdafiəçisi Avropa İttifaqının rəhbərliyinə müraciət imzalayıb yolladılar. Müraciətin əsas mahiyyəti həm İlham Əliyevin səfərinə kölgə salmaq, həm də Azərbaycanın milli maraqlarına zərbə vurmaq idi. Bundan başqa ermənilər Avropa Birliyi parlamentində azərbaycanlıların əli ilə tədbir də keçirdilər. İndi bizim millli maraqları müdafiə edən bir qrup QHT təşəbbüs göstərib Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formu üzvlərinin adından Sərksiyanın səfəri ilə bağlı Avropa İttifaqının rəhbərliyinə müraciət hazırlayıblar. Ermənilərin müraciətinə imza atanlar bu gün Sərksiyanın əleyhinə imza atmaqdan imtina ediblər. Bu şəxslər bunlardır- İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Kənan Aslanlı, İlqar Həsənli, Aytəkin Əsgərova, Leyla Əliyeva, Arzu Abdullayeva, Eldar Zeynalov, Nəzakət Ağayeva, İlqar İbrahimoğlu, Zöhrab İsmayıl. Çox təəssüf ki, bu insanlar hətta düşmənimizin əleyhinə belə müraciətə imza atmırlar. Səbəb də beynəlxalq təşkilatların qorxusudur. Bilirlər ki, bu addım onların xoşuna gəlməyəcək. Və bu müraciət həm də bəzi beynəlxalq təşkilatların iradəsindən kənardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.