Politoloqdan Zeynəb Xanlarovanı qınayanlara etiraz:"Onun çıxışı ciddi mesajdır"

25-02-2017, 10:10           

“Zeynəb Xanlarova siyasətçi deyil, parlamentdə az danışır, ancaq onun hər açıqlaması səs salır, günün hadisəsinə çevrilir. O, bu gün Milli Məclisdə çoxlarının düşündüyünü dilə gətirib. Küçəyə çıxıb rəy sorğusu keçirsək, çoxları bu və ya digər şəkildə Zeynəb Xanlarovanın sözlərini təkrarlayacaq”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dilə gətirib.
Onun sözlərinə görə, yəni deyəcəklər ki, Minks qrupu boş şeydir, bu məsələnin yalnız hərb yolu ilə həlli var.
“Dostlarımdan bir neçəsi belə bir sual səsləndirib ki, Zeynəb Xanlarova müharibə tərəfdarıdırsa, niyə ermənilərin də yer aldığı Sülh Platformasına üzv olub? Onun müharibəyə çağırışı ilə Platformaya qoşulması arasında ziddiyət görmürəm”-deyən politoloq bildirib ki, Sülh Platformasına çoxları imza atıb, ancaq bu sənədə imza atan azərbaycanlılar üzərlərinə öhdəlik götürməyiblər ki, işğalçıya təzyiq etmək olmaz.
“Əksinə, Zeynəb Xanlarovanın həm Sülh Platformasına qoşulması, həm də bugünkü çıxışı Ermənistana və Dağlıq Qarabağda yaşayan ermənilərə ciddi mesajdır.
Mesajın mənası budur ki, Azərbaycanın tanınmış şəxsi işğalı pisləyən, Xocalıda soyqırım törədilyini etiraf edən ermənilərlə təmasların və dialoqun tərəfdarıdır, separatizmi və işğalı davam etdirənləri isə lənətləyir və onları cəzalandırmağa tələb edir.
Ermənistanda və Dağlıq Qarabağda anlasınlar ki, Zeynəb Xanlarova müharibəyə çağırış edirsə, bu tək onun fikri deyil”-deyə, o, sözlərinə əlavə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.