Telefonların gizli dinlənilməsi qanuniləşdi

1-03-2017, 20:53           

Gürcüstan parlamenti telefon danışıqlarının gizli dinləməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
teref.az Apa-ya istinadən xəbər verir ki, səsvermədə müxalifət partiyalarının üzvləri iştirak etməyib. 87 millət vəkili layihənin lehinə, 2-si əleyhinə səs verib.
Yeni qanuna əsasən Dövlət Təhlükəsizlik Xidməti nəzdində Əməliyyat-Texniki Agentliyi yaradılacaq. Həmin agentlik əməkdaşları bütün lokal və qlobal rabitə vasitələri və istifadəçi bazalarına daxil ola biləcək.

Сенсация! Врачи рассказали, как вернуть здоровую печень

Müxalifət partiyaların qənaətinə görə, yeni qanun xüsusi xidmət orqanlarına məhkəmənin sanksiyası olmadan istənilən şəxsin telefon danışıqlarını dinləməyə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru