ABŞ-dan tələb: Qarabağ münaqişəsi tezliklə həll edilməlidir

2-03-2017, 14:04           

Azərbaycan kontr-terrorizm sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaşdır.

AzVision.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.

ABŞ rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.

M. Karpenter ABŞ-ın münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu fikrinə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru