Xocalı faciəsinə həsr olunan yürüşdə gülən deputatlar - İNTİZAM KOMİSSİYASINA DƏVƏT OLUNACAQ

2-03-2017, 19:37           
Xocalı faciəsinə həsr olunan yürüşdə gülən deputatlar - İNTİZAM KOMİSSİYASINA DƏVƏT OLUNACAQ
“Xocalı faciəsinə həsr olunan yürüşdə gülən deputatlara “çox sağ ol” deyilməyəcək.”
Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a Milli Məclisin intizam komiyasının sədri, deputat Ağacan Abıyev deyib. O, bildirib ki, həmin deputatlar Milli Məclisin İntizam Komisiyasına dəvət olunacaq və məsələ dərindən araşdırılacaq:
“Qoy, soruşaq görək nə deyəcəklər. Sözsüz ki, buna baxacaqlar. Onlara xəbərdarlıq olunacaq. Xocalının işğal günü nə gülüş? Olmamalıdır.”
Ağacan Abıyev bu məsələdə iştirak edən şəxslərə cəza veriləcəyini qeyd edib.
Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 4 deputat güldüyü zamanı görüntülənib. Deputat Nəriman Əliyev, Malik Həsənov, Rüstəm Xəlilov, İqbal Məmmədovun faciə qurbanlarına hörmətsizliyi narazılığa səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru