Mosulda kimyəvi silahdan istifadə edilib — Şok iddia

5-03-2017, 01:37           

İraq ordusu uzun müddətdir ki, Mosulu İŞİD terrorçularından azad etmək üçün hərbi əməliyyatlar keçirir


teref.az Ölkə.Az-a istinadən xəbər verir ki, hərbi əməliyyatların keçirildiyi Mosul şəhərində kimyəvi silahdan istifadə edildiyi barədə iddialar ortaya atılıb.

İŞİD-in işğalı altında olan Mosulun təmizlənməsi üçün ABŞ-ın dəstəklədiyi İraq ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı baş verən toqquşmalarda kimyəvi silah istifadə edilməsi barədə iddiaların BMT tərəfindən araşdırılacağı bildirilib.

Verilən xəbərə görə aralarında qadın və uşaqların da olduğu 12 nəfər Mosulda kimyəvi silahların təsirinə məruz qalıb və Ərbildə müalicə edilir. Kimyəvi silahın kimlər tərəfindən istifadə edildiyi üzə çıxmalıdır.

BMT-nin İraqdakı humanitar yardım koordinatoru Lise Grande deyib: "Bu qorxunc bir hadisədir. Əgər iddia edilən kimyəvi silah istifadəsi isbat olunsa, bu beynəlxalq hüququn pozulması və ciddi bir savaş cinayətidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru