Martirosyanlarla bağlı prezidentə müraciət edildi

29-05-2017, 17:51           
Martirosyanlarla bağlı prezidentə müraciət edildi

QAT sədri Akif Nağı erməni “sülh göyərçini” Vaan Martirosyanın Azərbaycana qarşı ittihamlar səsləndirməsi, “Sülh platforması” deyilən bədnam prosesin Azərbaycan üçün təhlükələri ilə bağlı prezident İlham Əliyevə müraciət göndərib.

Müraciətdə göstərilir: “Sülh platforması” deyilən bədnam proseslə bağlı yenidən Sizə müraciət edirik. Bu prosesin təşəbbüskarlarından olan Vaan Martirosyan adlı erməninin son açıqlamasından sonra Sizə bir daha müraciət etməyi özümüzə borc bildik. V.Martirosyan ailəsi ilə birlikdə ötən ilin sentyabrında Azərbaycana gəlmiş, sığınacaq almış, sonra isə üçüncü ölkəyə, Ukraynaya çıxıb getmişdi. O, son vaxtlara qədər Ermənistanın işğalçı rejimini, terrorçu Sərkisyanı tənqid edirdi. Amma indi birdən-birə Sərkisyan rejimini tərifləyən və Azərbaycan tərəfinə qarşı əsassız ittihamlardan ibarət çıxışlara başlayıb. Bu, əsl erməni xislətidir, onları dəyişmək mümkün deyil. Ermənilər son 100 il ərzində kirvə, sonradan isə kommunist adı altında bizim içərimizə daxil olmuş, ocağımızın başına keçmiş, sonra isə bizə xəyanət edərək, arxadan zərbə vurmuşlar. İndi də onlar “demokrat” cildinə girib, Azərbaycana gəlir, guya Ermənistan rejiminə qarşı çıxışlar edir, özlərini Azərbaycansevər kimi göstərməyə çalışırlar. Əslində isə, onların məqsədi Azərbaycan cəmiyyətinin içərilərinə nüfuz etmək, pozuculuq işləri aparmaqdır. Bunların hamısı Azərbaycana xüsusi erməni mərkəzlərinin tapşırığı ilə gəlib və “Sülh platforması” deyilən təxribat xarakterli prosesi başlayıblar. Çox təəssüf ki, ölkə daxilində də bu erməni təxribatlarına dəstək verən üzdəniraq “xadimlər” tapılıb. V.Martirosyan hadisəsi bir daha göstərir ki, heç bir erməniyə etibar etmək olmaz, xüsusilə də torpaqlarımız işğal altında olduğu dövrdə bu cür məsələlərə həddindən artıq diqqət və ehtiyyatla yanaşmalıyıq. Martirosyanlar, avetyanlar, çaqinyanların istənilən ad altında Azərbaycana gəlmələri, burada özlərinə “yuva” qurmaları ölkəmiz üçün yaxşı heç nə vəd etmir və bu təhlükəli prosesin qarşısı tezliklə alınmalıdır. Biz əvvəldən bu prosesə qarşı olmuş və buna görə təzyiqlərə də məruz qalmışdıq.

Xahiş edirik bu prosesə müdaxilə edəsiniz və uyğun tədbirlərin görülməsi üçün tapşırıqlarınızı verəsiniz".
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.