Ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizə yaxındır

13-07-2015, 15:11           
Ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizə yaxındır
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3,346 milyard manat vəsait daxil olub. Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Proqnoz tapşırığına 100,8 faiz əməl edilib.

Bu dövr ərzində qeyri-neft sektoru üzrə büdcəyə 2,289 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.