İlham Əliyev: “Almaniya Bundestaqı özünü nə zənn edir?” - VİDEO

13-07-2015, 18:23           
İlham Əliyev: “Almaniya Bundestaqı özünü nə zənn edir?” - VİDEO
Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin iştirakı ilə hökümətin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən haqsız hücumlar haqqında danışıb. İ. Əliyev xüsusilə Almaniya Bundestaqı ilə bağlı sərt fikirlər səsləndirib:

“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onılara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.
[media=https://www.youtube.com/watch?v=pl5Qyv7F36I]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.