Hökumət Əli Kərimliyə 8 min avro ödəyəcək

16-07-2015, 16:16           
Hökumət Əli Kərimliyə 8 min avro ödəyəcək
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədri Əli Kərimlinin pasport məsələsi ilə bağlı qərar verib.

"Turan" bildirir ki, məhkəmə Əli Kərimliyə pasportun verilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının pozulması hesab edib.

Məhkəmə mənəvi zərər və digər xərclərə görə Azərbaycan hökumətini 8 600 avro cərimələyib.

Qərarda qeyd olunur ki, Ə.Kərimli 2006-cı ildən qanunsuz olaraq xarici pasportdan məhrum olunub. Pasportun dəyişdirilməsi ilə bağlı müraciət edəndə, imtina cavabı alıb. Ə.Kərimlinin bu məsələlərlə bağlı yerli məhkəmələrə müraciəti mənfi qərarların verilməsi ilə nəticələnib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.