Qurban bayramında əfv olacaq? - Komissiyadan rəsmi AÇIQLAMA

15-08-2017, 17:29           
Qurban bayramında əfv olacaq? - Komissiyadan rəsmi AÇIQLAMA
Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.

O, xatırladıb ki, bu ilin martın 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: “Bu əfv sərəncamının imzalanmasının üzərindən qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir”.

Ə.Nuriyev əlavə edib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: “Bu baxımdan əfv sərəncamının olacağını güman etmirəm. Bununla belə qeyd etdiyim kimi, əfv sərəncamının verilməsi cənab prezidentin konstitusion səlahiyyətlərinə aid olan məsələdir. Güman etmirəm ki, əfv sərəncamı verilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.