Rusiya Suriyanı öz ərazisinə qatmaq istəyir

21-07-2015, 16:57           
Rusiya Suriyanı öz ərazisinə qatmaq istəyir
Moskva və Dəməşq Suriyanın Avrasiya İttifaqına daxil olması məsələsini müzakirə edirlər.

ANS PRESS-in məlumatına görə, bu barədə Suriya baş naziri Vali əl-Halki bildirib.

“Rusiya tərəfi ilə Avrasiya İttifaqına daxil olmaq və sərbəst gömrük zonasına qoşulmaq barədə danışıqlar aparılır”,- deyə baş nazir “RİA Novosti”yə müsahibəsində vurğulayıb. Onun sözlərinə görə, bu, dost dövlətlər ilə münasibətlərin möhkəmlənməsinə səbəb olacaq: “Bu, MDB dövlətlərilə iqtisadi və ticari münasibətləri asanlaşdıra bilər”.

Vali əl-Halki - Suriya baş naziri


Avrasiya İqtisadi Birliyi 1 yanvar 2015-ci il tarixdən işə başlayıb. İlk təsisçiləri Rusiya, Belarus və Qazaxıstan olub. 2 yanvar tarixdən Ermənistan birliyin üzvü sayılıb. Hazırda Qırğıstan birliyə daxil olmaq üçün danışıqlar prosedurundan keçir.

Yaxın Şərqdə yerləşən Suriya Respublikasında 2009-cu ildə 20 milyon adam yaşayıb. Ölkə hazırda vətəndaş müharibəsi içindədir. İŞİD, “Əl Nüsra” və PKK-nin qolu olan PYD müəyyən əraziləri nəzarətə götürmək üçün hökumət qüvvələri ilə mübarizə aparırlar. Suriyanın Avrasiya İttifaqına daxil olması Rusiyanın bu ölkə ərazisinə qoşun yeritməsinə imkan yaradar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.