Nemət Pənahlının Sürət Hüseynovla gizli görüş olub? — İDDİA

16-09-2017, 13:54           
Nemət Pənahlının Sürət Hüseynovla gizli görüş olub? — İDDİA
Bu ilin avqust ayında İstanbulda Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Nemət Pənahlı ilə keçmiş baş nazir Sürət Hüseynov arasında görüş keçirilməsi barədə xəbər yayılıb.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, görüş Nemət Pənahlının təşəbbüsü ilə baş tutub.

Bir neçə saatlıq görüş zamanı Azərbaycanda gedən ictimi-siyasi proseslər və digər məsələlər ətrafında söhbət aparıldığı deyilir.

Məsələ ilə bağlı Nemət Pənahlının fikirilərini öyrəndik. O, “Ölkə.Az”-a açıqlamasında görüşün keçirilməsinin yalan olduğunu bildirib:

“Belə bir görüş olmayıb. Olsa belə burada nə var ki? Mən Sürət Hüseynovla düşmən deyiləm. Ancaq Sürət Hüseynovla görüşməyim yalan məlumatdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.