"Ya danışıqlar aparırıq, ya da atəş açırıq" - Sarkisyan

24-10-2017, 22:17           

Ermənistan hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur.

teref.az - nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib.

Sarkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

"Bir əllə atəş açmaq, digəri ilə isə danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparırıq, ya da atəş açırıq. Ermənistan hər iki varianta hazırdır”, - prezident qeyd edib.

Sarkisyanın sözlərinə əsasən, danışıqlar qarşılıqlı etimad şəraitində keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru