Rusiya BMT TŞ-nin Suriyaya dair qətnaməsini bloklayıb

25-10-2017, 09:38           
Rusiya BMT TŞ-nin Suriyaya dair qətnaməsini bloklayıb
Rusiya Suriyada kimyəvi hücumların araşdırılmasını 1 il müddətinə uzadılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizmi 2015-ci ildə hazırlanaraq TŞ tərəfindən yekdilliklə qəbul edilib. 2016-cı ildə mandat daha 1 il müddətinə uzadılıb. Onun müddəti noyabrın ortasında başa çatacaq.

Sənədin əleyhinə Boliviya da çıxış edib, Çin bitərəf qalmağa qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru