Şoyqudan kobud səhv: Suriya 3 dəfə “böyüdü”

25-10-2017, 11:20           

Rusiya Müdafiə naziri Sergey Şoyqu ASEAN ölkələrinin müdafiə nazirlərinin görüşündə kobud səhvə yol verib.

Axar.az xəbər verir ki, Şoyqu Suriyada İŞİD-lə mübarizədən danışarkən səhv buraxıb. Belə ki, nazir çıxışı zamanı İŞİD-dən Rusiyanın təmizlədiyi ərazilərin sahəsinin yarım milyon kvadrat kilometr təşkil etdiyini söyləyib:

“İŞİD-dən 998 şəhər azad edilib. Azad edilmiş ərazi 503223 kvadrat kilometr təşkil edib. Terrorçuların çoxu məhv olunub”.

Qeyd edək ki, Şoyqunun açıqladığı göstərici Suriyanın ərazisindən 2,7 dəfə böyükdür. Hazırda Suriya dövlətinin ərazisi 185.180 kvadrat kilometrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru