Trampa sərt reaksiya: “Bişəcəyik, qızaracağıq, yanacağıq”

27-10-2017, 11:18           

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristinan Laqarde qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı sərt açıqlama verib.
Publika.az xəbər verir ki, o, bu barədə Səudiyyə Ərəbistanında keçirilən iqtisadi forumda çıxış edib:
“Ətraf aləmin problemlərini həl etməsək, önümüzdəki 50 ildə bizi qaranlıq bir gələcək gözləyir. Gələcək üçün ehtimallarımız bir utopiya olmalıdır, əksi deyil.
İqlim dəyişikliyinə müdaxilə etməsək, 50 il içində başımız bəlaya girəcək. Qaranlıq bir gələcəyə doğru gedəcəyik. Kritik qərarlar almasaq, bişəcəyik, qızaracağıq, yanacağıq”.
BVF rəhbəri bütün dünya ölkələrini qlobal istiləşmə ilə mübarizə aparmaq üçün “Paris İqlim Anlaşması”na dəstək olmağa çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iqlim dəyişikliyinin xəyal olduğunu demiş və ölkəsini “Paris İqlim Anlaşması”ndan geri çəkəcəyini açıqlamışdı. ABŞ prezidentinin bu qərarı bütün dünyanın hiddətinə səbəb olmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.