Milli Şuranın mitinq fırıldağı ifşa olundu: “20 manat veriblər, gəlmişəm” – VİDEO

27-10-2017, 13:53           

Milli Şuranın ötən dəfə keçirdiyi icazəli mitinqi biabırçıqla müşahidə olunub. Belə ki, BŞİH-nin mitinqə icazə verməsinə baxmayaraq, mitinqə adam toplamaqda çətinlik çəkən təşkilatçılar camaatı pulla ələ almağa çalışıblar.
Mitinqdə müsahibə alan zaman jurnalistin sualına maraqlı cavablar verilib. Belə ki, mitinqə gələnlərdən biri açıq şəkildə bildirib ki, 20 manat verildiyinə görə, bu mitinqə gəlib: "Nə mitinq, nə etiraz, 20 manat veriblər gəlmişəm. Az pul deyil ki, axşam evimə ət alıb aparacam.”
Qeyd edək ki, özlərini birləşmiş müxalifət düşərgəsi kimi təqdim edən Milli Şura 8-10 min nəfərlik "Məhsul” stadionunu doldura bilmir. Hətta pul ilə adamlar cəlb etdiyi sonuncu mitinqdə də cəmi 1500 nəfərin iştirak etdiyi məlumdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru