General MTN-nin şərlədiyi vətəndaşın bəraət almasından danışdı - "Mənlik nə var, istintaqa nəzarət edən orqan varr...."

27-10-2017, 21:09           
General MTN-nin şərlədiyi vətəndaşın bəraət almasından danışdı - "Mənlik nə var, istintaqa nəzarət edən orqan varr...."
“Mətləb Mustafayevin bəraət almasından xəbərim var. Amma onu deyə bilərəm ki, onun həbsinə və istintaqına görə mən məsuliyyət daşımıram. Qanunverciliyə diqqət etsəniz görərsiniz ki, istintaqa nəzarət edən orqan var”.
Bu sözləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev Gununsesi.info-nun bununla bağlı sualını cavablandırarkən söyləyib.
Qeyd edək ki, MTN-nin saxta ittihamları ilə həbs edilən Mətləb Mustafayev iki gün əvvəl Bakı Apellyasiya Məhkəməsində bəraət alıb. Bununla da bir daha Eldar Mahmudovun və dəstə üzvlərinin ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirməsi təsdiqini tapmış oldu.
Ancaq saytımıza açıqlamasında Mövlam Şıxəliyev özünün məsuliyyətini qəbul etmədiyini deyib. “Mənim işim adam tutmaq olmayıb. Heç kimin də istintaqını aparmamışam. İşim məktublara imza atmaq olub” deyən sabiq baş idarə rəisi əlavə şərh verməkdən imtina edib.
Ancaq onun “istintaqa nəzarət edən orqan var” ifadəsini işlətməsi prokurorluğa atılan daş kimi qiymətləndirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru