Lavrovun Bakı səfəri: bu, müharibədən yaxşıdır – Deputat

17-11-2017, 10:10           

Düzdür, Soçi görüşünün yekunundan müsbət gözləntilər var, ancaq hazırkı diplomatik fəallığın mühüm bir nəticəyə gətirib çıxaracağını indidən söyləmək çətindir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə əvvəllər də belə fəallıqlar olub, ancaq gözlənilən nəticəni əldə etmək mümkün olmayıb:

“İstənilən halda bu hərəkətlilik sükutdan və müharibədən yaxşıdır. O ki qaldı Lavrovun səfərinə, bu şəxs ilk dəfə deyil ki, regiona səfər edir. Lavrov Dağlıq Qarabağ məsələsinin həlli üzrə danışıqlarla bağlı il ərzində azı 5 dəfə regionda olub. Ancaq bu səfərlərin heç bir nəticəsi olmayıb”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov gələn həftə Bakı və İrəvana səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru