"Ermənilər vəziyyəti hər an gərgnləşdirə bilər" - Polkovnikdən açıqlama

17-11-2017, 14:19           
"Ermənilər vəziyyəti hər an gərgnləşdirə bilər" - Polkovnikdən açıqlama
Noyabrın 15-i yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Ermənilər cəbhə bölgəsində baş verən zəlzələdən istifadə edib hər hansı bir təxribata əl ata bilərlər?
Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilər vəziyyəti hər an gərginləşdirə bilər:

“Onlar təxribat törətmək üçün daim axtarışdadırlar. Azərbaycan Respublikasının silahlı bölmələri öz vəzifələrini layinqincə yerinə yetirir və erməni tərəfdən ola biləcək hər hansı təxribatın qarşısnı ala bilirlər. Zəlzələ nəticələrinin ermənilər tərəfindən istifadə olunmasını düşünmürəm. Çünki zəlzələnin cəbhə bölgəsinə heç bir təsiri yoxdur. Silahlı qüvvələrimiz baş verə biləcək təxribatın qarşısını hər an almamağa hazırdırlar. Bu məqsədlə, vaxtaşırı pilotsuz uçuş aparatlarından istifadə olunur. Hərbçilərimiz hər cür şəraitdə öz vəzifələrini yerinə yetirib və yetirirəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.