Ermənistan hədsiz dərəcədə satqındır - Aleksandr Proxanov

17-11-2017, 14:22           
Ermənistan hədsiz dərəcədə satqındır - Aleksandr Proxanov
"Rusiyanın Dağlıq Qarabağ münaqişə zonasında maraqları böyükdür: biz bilirik ki, münaqişə nəticəsində Sovet İttifaqı dağıldı. Sovet höküməti bu münaqişəni lokallaşdıra bilmədi, həllini təmin etmədi və nəticədə böyük qırmızı ansambl dağıldı".

AzNews.az xəbər verir ki, bunu "Zavtra" qəzetinin baş redaktoru, İzborski klubunun sədri, Rusiyanın milli vətənpərvər qüvvələrinin liderlərindən biri Aleksandr Proxanov bəyan edib.

Onun sözlərinə görə, hazırda Rusiya Qarabağ münaqişəsində birbaşa iştirak etmir, lakin sülhməramlı və tənzimləyici qüvvə kimi özünü göstərir.

"Rusiya, dərin rəğbət və hörmət hissi ilə Ermənistan və Azərbaycana yanaşır. Rusiya özü üçün həssas olan bir regionda sülhün və əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır. Və sülhə qarşı yaranacaq istənilən təhdid, hərbi əməliyyatların aparılması, atəşkəsin tez-tez pozulması onu məcbur edir ki, bu münaqişənin tez bir zamanda həlli üçün öz sülhməramlı siyasətini regionda yürütsün". - Proxanov belə deyib.

Aleksandr Proxanov hesab edir ki, Rusiya ictimaiyyəti və ziyalıları erməni siyasətçilərinin Avropa İttifaqı ilə apardığı və aparacağı danışıqlardan narahatdır.

"Bu danışıqlar özündə geniş miqyaslı və bütün sahələri əhatə edəcək razılığın imzalanmasına istiqamətlənib. Məsələ yalnız bunda deyil. Ermənistanın hər hansı bir dünya subyekti ilə çoxtərəfli əlaqələr qurması mənfi hal deyil. Rusiyanı narahat edən məsələ odur ki, Moskvanın Avropa İttifaqı ilə münasibətlərinin gərgin olduğu bir vaxtda, Ermənistan bu razılığa gedir. Məhz Avropa İttifaqı Donbasdakı qanlı münaqişədə öz neqativ mövqeyini nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı kimi yenib fiqurun ortaya çıxması regiondakı sabitliyə mənfi təsir göstərəcək. Avropa İttifaqı və Rusiya konfrontasiya vəziyyətindədir. Avropanın regiona daxil olması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu zəiflədə bilər. Ermənistanın da Avropa İttifaqı ilə danışıqlara getməsini rus elitası xəyanət kimi qəbul edir" - Proxanov qeyd edir.

Proxanovun sözlərinə görə, Rusiya Azərbaycan dövlətinin yaradılmasına böyük hörmətlə yanaşır və Azərbaycan dövlətinin humanizm və beynəlmiləlçi siyasətini dəstəkləyir. Burada rusofobiyanın aradan qaldırılması, rus icmasının firavan yaşayışı, rus dilinə olan böyük rəğbətə görə Rusiya dövləti məmnundur.

Proxanov deyib ki, Azərbaycanın beynəlxalq arenada aktiv rolu, Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı atdığı müsbət addımlar, sülhyaratma əməliyyatlarında iştirakı Rusiya tərəfindən rəğbətlə qarşılanır. Azəbaycan Rusiya üçün vacib olan qonşu dövlətlərlə, Türkiyə və İranla yüksək səviyyəli əməkdaşlıq siyasəti yürüdür. Məhz buna görə də, Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir.

Proxanov həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündən də danışıb.

"Danışıqların bərpa olunması müsbət haldır. Lakin biz çox təəssüf edirik ki, iki dövlətin ictimai təçkilatları arasında əlaqələr dondurulub. Bu səbəbdən İzborski klubu olaraq münaqişə ilə bağlı geniş toplantı keçirmək istəyirik. İnsanların ölümü və atəşkəsin pozulması mənfi haldır. Təmas xəttində sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olması Rusiya üçün çox vacibdir". - Klub sədri vurğulayıb.
[media=https://www.youtube.com/watch?v=R9TM_pF-xE4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.