“Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?" - POLİTOLOQ

17-11-2017, 20:58           

“Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil”.

Hurriyyet.org bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın Qarabağ danışıqları ilə bağlı son açıqlamasını şərh edərkən yazıb. Onun sözlərinə görə, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır: “Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.

Rusiya prezidenti Vladimir Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Politoloqun fikrincə, Ərdoğanın “Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil” cümləsindən iki vacib nəticə çıxır: “Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.