​"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."

20-11-2017, 08:43           
​"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdadır. Dövlət başçısı İlham Əliyev Lavrovla görüşdə ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”.

Lavrovun buna cavabı belə olub:

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”.

Bu açıqlamalar görüşün mətbuata açıq hissəsində səslənib. Görüşün qapalı hissəsində nələrin danışıldığını ancaq ehtimal edə bilərik. Ancaq Lavrovun mətbuat üçün açıq hissəsədə dediyi bir neçə cümlədən gəldiyim qənaət budur:

Birincisi, Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli Azərbaycanın tələb etdiyi “mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, “əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.
moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru