“Rusiya Gürcüstanın tam işğalına başlayıb”

12-08-2015, 15:37           
“Rusiya Gürcüstanın tam işğalına başlayıb”
Gürcüstan hakimiyyəti özünün Rusiyaya qarşı qırmızı xəttini müəyyənləşdirməlidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına müsahibəsində Avropalı Demokratlar Təşkilatının lideri Paat Davitaya söyləyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın tam işğalını həyata keçirmək istəyir:

“Moskva istəyir ki, hər şey onun nəzarətində olsun. Buna görə də o hər şeyə getməyə hazırdır. Karel rayonunda yeni ərazilərin zəbti də məhz buna hesablanıb. Moskva ölkənin şərqi ilə qərbini birləşdirən magistralı ələ keçirmək istəyir. Əvvəlki hakimiyyəti aqressiv siyasətdə günahlandırırdılar. Səbəb isə onların sayəsində Gürcüstanın torpaq itirməsi idi. Lakin indiki hakimiyyətin zamanında Gürcüstan daha çox ərazi itirib”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Karel rayonu ərazisindəki 800 metrlik ərazi qondarma Cənubi Osetiyaya daxil edilmişdi. Bundan öncə Gürcüstanın iki kəndi də Cənubi Osetiyaya verilmişdi. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiya ərazisində qalmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.