Tağı Əhmədov İsa Qəmbərə rəqib oldu 15 saylı I Seçki Dairəsindən

5-09-2015, 12:11           
Tağı Əhmədov İsa Qəmbərə rəqib oldu 15 saylı I Seçki Dairəsindən
Bu dəqiqələrdə aldığımız informasiyaya əsasən Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov deputatlığa namizədliyini irəli sürəcək. GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, hakim Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri olan Tağı Əhmədov elə həmin rayondan da namizəd olacaq.

Tağı Əhmədovun YAP-ın namizədlər siyahısında adının olduğu söylənilir. Məlumatlara əsasən T.Əhmədovun namizədliyi hakim partiya tərəfindən 15 saylı Yasamal Seçki Dairəsindən irəli sürüləcək. Onu da qeyd edək ki, bu dairədən artıq Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin də namizədliyi irəli sürülüb.

Onu da əlavə edək ki, bu dairədə hazırda deputat Lider TV-nin sabiq əməkdaşı Etibar Hüseynovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru