ABŞ senatorları Kremli cəzalandırır: “Deter” qanunu

23-07-2018, 20:28           
ABŞ senatorları Kremli cəzalandırır: “Deter” qanunu
ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını tələb edirlər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” yayıb. Senatorların buna səbəb kimi Rusiyanın ABŞ-da keçirilən Konqres seçkisinə mane olmağa çalışdığı göstərilib.

“Röyter” artıq amerikalı senator Lindsi Qremin yeni sanksiyaların aktiv tərəfdarları sırasında yer aldığını açıqlayıb. Qrem yeni sanksiyaların sərt olmasını və Trampla Putinin mümkün ikinci görüşündən əvvəl tətbiq edilməsini istəyib.

Senator Mark Rubio isə “Deter” adlı qanun layihəsinin qəbul edilməsini tələb edib. Rubionun təklifinə əsasən, əgər ABŞ kəşfiyyatı Rusiyanın seçkiyə müdaxiləsi haqqında məlumatlar təqdim etsə, o zaman Moskvaya qarşı avtomatik yeni sanksiyalar işə düşəcək. Senator qanun layihəsi ilə bağlı dinləmələrin avqustun əvvəlində baş tutacağını bildirib:

“Yeni qanun layihəsi sanksiyaları daha avtomatik edəcək. O, Rusiyanın maliyyə, energetika və müdafiə sektoruna aid ediləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru