“Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırdı

13-08-2018, 18:09           
“Moody’s” Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırdı
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozunu 1,5 faizdən 2 faizədək yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.

Eyni zamanda agentlik 2019-cu il üçün proqnozu 3 faiz səviyyəsində saxlayıb. Qeyd olunur ki, iqtisadiyyatın artımına yüksək neft qiymətləri və qaz ixracının çoxalması yol açacaq.

Hesabata əsasən, kredit portfelinə mühüm dəstəyi ölkənin iri maliyyə aktivləri göstərir.

Qeyd edək ki, bir müddət əvvəl “Moody’s” Azərbaycanın bank sistemi ilə bağlı proqnozu “mənfi”dən “sabit”ədək yüksəltmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.