İlham Əliyev: "Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır"

26-08-2018, 08:54           
İlham Əliyev: "Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır"
"Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, "Azərbaycanın tranzit imkanlarına və bizim münasibətimizə gəlincə, əlbəttə, hər bir ölkə istəyər ki, onun ərazisindən daha çox yük keçsin".

"Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq. Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır", - deyə dövlət başçısı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.