Almaniya kansleri: "Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik"

26-08-2018, 08:56           
Almaniya kansleri: "Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik"
"Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var. Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilərik".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, "bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin - pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru