Rus ekspertdən amerikalı diplomata: Hürən küçük...

3-10-2018, 08:52           
Rus ekspertdən amerikalı diplomata: Hürən küçük...
Amerikalı diplomatın Rusiya raketlərinin vurulacağı ilə bağlı açıqlaması Orta və Uzaqmənzilli Raketlərin məhvi ilə bağlı razılaşmada ABŞ-ın pozduğu müddəaları gizlətməyə yönəlib.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Viktor Litovkin deyib. O bildirib ki, yalnız qeyri-adekvat şəxs bu kimi açıqlama verə bilərdi:

“Belə insanları vəzifədən kənarlaşdırmaq lazımdır. İnsanlar başqa planetdə yaşayır və Rusiyanın nə olduğunu anlamır. Hər hürən küçüyə reaksiya verməyin”.

Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli ölkəsinin Rusiyaya məxsus nüvə başlıqları daşıyan qanadlı raketləri vura biləcəyini demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.