Ərəblər Bakıda böyük ərazi alır - Belə deyirlər...

11-02-2016, 12:22           
Ərəblər Bakıda böyük ərazi alır - Belə deyirlər...
Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar.

Dia.az xəbər verir ki, bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. Sakinlər bildirib ki, bir neçə Nərimanov rayon sakininə 31 saylı "jek"dən bildiriblər ki, artıq onlar "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Sayt yazır ki, sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru