SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb

11-02-2016, 14:34           
SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvlərinin bir qrupu ilə görüşüb
Ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində olub.
SOCAR-dan "Report"a verilən məlumata görə, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər. İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb. Görüşdə bildirilib ki, itkin düşən neftçilərin axtarış işləri davam edən müddətdə onların ailə üzvləri ilə mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru