Qasım Qasımov yenə də iş başındadır... - İTTİHAM

22-05-2019, 17:06           
Qasım Qasımov yenə də iş başındadır... - İTTİHAM
"Şamaxı şəhərinin mərkəzində hal-hazırda sökülməkdə olan iki ədəd 2 mərtəbəli yaşayış binasında yeni mafiyalar peyda olub". Bu barədə DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur.

Daha sonra redaksiyamızın elektron ünvanına göndərilən məlumatda bildirilir:

"İcra Başçısının birinci muavini Qasım Qasımovun qayınları bir il öncə dövlət tərəfindən vurulmuş dam örtüklərini və binanın daşlarını dəyər-dəyməzə satırlar. Hətta hal-hazırda yaşadığımız binadada söküntü işlərinə yaxın zamanlarda start veriləcəyi təqdirdə evlərinizi boşaldıb açarlarını onlara verməyimizi istəyirlər, əks təqdirdə mənzil alanda problem çıxaracaqlarını bildirirlər".

Xatırladaq ki, Qasım Qasımov köhnə icra başçısı Asif Ağayevin dövründə də yetərincə qabarıq fiqur olub və hətta başçıların onun tərəfindən idarə olunduqları da deyilir...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru