Kef məclisləri "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədovu sədrlik postuna yaxın qoymur İDDİA

16-11-2015, 11:40           
Kef məclisləri "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədovu sədrlik postuna yaxın qoymur İDDİA
Xatırlayırsınızsa, hələ bu ilin fevral ayında prezidentin sərəncamı ilə "Azəryolservis" ASC-nin sədri postunu tutan Cavid Qurbanov vəzifəsindən azad edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olundu. Cavid Qurbanovun əvvəlki vəzifəsi isə Saleh Məmmədova həvalə olundu.

Amma aradan az qala bir ilə yaxın vaxtın keçməsinə baxmayaraq Saleh Məmmədov hələ də əvəzedici kimi çıxış etdiyi vəzifədə yerini rəsmiləşdirə bilməyib. Redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, bu səbəbsiz deyilmiş.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saleh Məmmədovun əvvəlki "qayğısız" həyatı və ona qarşı kompramat xarakterli faktların həddən-ziyadə olması bu durumda sədr əvəzinin sədr kimi təsdiqlənməsini əngəlləyir.

Mənbənin dia.az-a söylədikləri: "Saleh Məmmədov dünənə qədər kef məclislərinə meyilli bir fiqur kimi tanınıb. Hətta bunu sübutlayan dəlillər əksər ünvanlar tərəfindən "yuxarılara" da təqdim olunub. Belə bir şəraitdə barəsində fərqli xarakterli materialların ictimailəşəcəyi mümkün olan Saleh Məmmədovun mövqeyinin rəsmiləşməsi də imkansıza çevrilir".

Onu da bildirək ki, mənbə dia.az-a Saleh Məmmədovun Dubayda iştirak etdiyi kef məclislərindən birinin rəsmini təqdim edib. Lakin etik normalara uyğun olmadığından biz həmin fotonu ictimailəşdirmirik.

Görünür, bu normalar Saleh Məmmədovla bağlı qərarın verilməsini də əngəlləyir.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.