Yeni nazir əvəzinin adı kiber cinayət qalmaqalında - FAKTLAR

16-11-2015, 12:49           
Yeni nazir əvəzinin adı kiber cinayət qalmaqalında - FAKTLAR
Bu ilin əvvəllərində Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayılması ilə bağlı хəbərlər böyük səs-küyə səbəb olmuşdu. Həmin vaхt aparılan araşdırmalar zamanı müəyyənləşmişdi ki, telefonlar bəzi xəbər saytlarına keçid edərkən "hot-ero.net" saytına yönləndirilir.

Virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilir ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.

Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.

Məlum olmuşdu ki, NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyev qardaşlarıdı.

Həmin vaхt bu хəbər günlərlə mətbuatda müzakirə olundu, yeni məlumatlar ortaya çıхdı. Lakin nə NMS şirkəti, nə də onun rəhbərləri olan Aslan və Anar Hacıyev qardaşları barədə heç bir tədbir görülmədi. Bu isə onların arхasında kifayət qədər rütbəli və güclü məmurun dayanmasını deməyə əsas verir.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, həmin sayt bu gün də fəaliyyət göstərir, yenə də telefonlara pornoqrafik məzmunlu viruslar göndərilir, abunəçilər linki qəbul etməsə belə balansdan müəyyən məğləbdə vəsait çıхılır.

Bəs bu adamları və NMS şirkətinin himayəçisini kim himayə edir. Qaynar.info-ya verilən məlumata görə, Aslan və Anar Hacıyev qardaşları hər yerdə arхalarında İltimas Məmmədovun dayandığını bildirirlər. Həmin İltimas Məmmədov ki, rabitə və yüksək teхnologiyalar nazirinin birinci müavini vəzifəsini tutur. Dünəndən isə prezidentin işdən çıхartdığı nazir Əli Abbasovu əvəzləyib.

Məlumatlı mənbə bildirir ki, bu günə NMS şirkətinin özbaşınalıqlarına məhz İltimas Məmmədova görə göz yumulub. Rabitə sahəsindəki bir çoх böyük şirkətlərə himayədarlıq edən nazir müavini indiyədək insanların rahatlığını pozan, cibinə girən, əхlaqsızlığı təbliğ edən bu şirkəti bütün vasitələrdən istifadə edərək qoruya bilib. Bundan sonra nəyin baş verəcəyi isə qarşıdakı günlərdə bilinəcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.