Arif Əsgərovun qardaşından şikayət VAR

17-11-2015, 10:55           
Arif Əsgərovun qardaşından şikayət VAR
Bakının Qaradağ rayonu ərazisində mişar daşı istehsalı ilə məşğul olan sahibkar Mircəfər Əsgərov TİA.AZ-a müraciət edib. Sahbikar nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı, Dəllər stansiyasının rəisi Əli Əsgərov tərəfindən aldadıldığını qeyd edib. Onun sözlərinə görə, rəis pulunu mənimsəyib.
O sahibkardan aldığı mişar daşını Buta stansiyasından əvvəllər rəisi olduğu Qovlar stansiyasına daşınmasını həyata keçirirdi. Qardaşının baş dəmiryolçu və digər qardaşı Ayaz Əsgərovun Qazax rayon icra başçısı olmasından istifadə edən Əli Əsgərov Qazax -Tovuz zonasında daş monopoliyasını ələ keçirə bilib. Sahibkarın da pulunu mənimsəyən oliqarx monopolistin bu yolla külli miqdarda sərvətə yiyələndiyi bildirilir. A.Əsgərovun mövqeyini öyrənməyə çalışacağıq.
Qeyd edək ki, ölkənin siyasi-iqtisadi həyatında son həftələrdə inqilabi sıçrayışlar müşahidə olunur. Prezident İlham Əliyevin son 1 ayda səsləndirdiyi mühüm bəyanatlar və məmurlara xəbərdarlığı öz müsbət nəticəsini verməkdədir.
Özəlliklə, sahibkarlığın inkişafında dövlət dəstəyinə çox ciddi şəkildə mane olan iri ranqlı məmurların ifşası, onları qurduğu şəbəkələrin dağıdılması, bu sektora böyük həcmdə zərər vuran qruplaşmaların zərərsizləşdirilməsi biznes mühitinin yaxşılaşdırılmasına stimul verəcək.
Eyni zamanda bu proses iş adamlarının, biznesmenlərin dövlətə, ölkənin ali rəhbərliyinə güvəni artırdı. Sahibkarlar onların dayağı olan bir prezidentin daim fəal işlədiyinin şahidi oldular.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.