Primakovdan esse yazan tələbələri mükafatlandıranlar arasında 3 deputatımız olub - FOTOLAR

31-10-2019, 17:59           
Primakovdan esse yazan tələbələri mükafatlandıranlar arasında  3 deputatımız olub - FOTOLAR
Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirakı etiraz doğurub. Universitetdə keçirilən bu tədbir cəmiyyətdə heç də yaxşı qarşılanmayıb. Bir sıra tanınmış şəxslər məsələ ilə bağlı təcili ölçü götürülməsini tələb ediblər. Milli Məclisin deputatları arasında da hadisəni tənqid edənlər var.


Teref.az yazır ki, əli yüzlərlə Azərbaycan oğul-qızının qanına batmış şəxsin yubliyeyi münasibətilə keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində parlamentdə təmsil olunan deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Sevinc Fətəliyeva da iştirak ediblər. Adı çəkilən hər üç deputatla əlaqə saxlayıb mövqe öyrənməyə çalışdıq.
S.Fətəliyevanın köməkçisi Zəkiyyə Musayeva bildirdi ki, deputat o tədbirdə iştirak etməyib: "O foto Strasburqda çəkilib və yanlışlıqla ora qoyulub". S.Qafarovanın köməkçisi Səbuhi Məsimov deputatın hazırda xaricdə olduğunu bildridi və ölkəyə döndükdən sonra məsələ ilə bağlı açıqlama veriləcəyini dedi. S.Seyidovun köməkçisi Orxan Həsrətov isə deputatla MM-dəki nömrəsi vasitəsilə əlaqə saxlamağımızı xahiş etdi. S.Seyidovun MM-dəki nömrəsindən isə deputatın əvvəlcə iclasda olduğu bildirilsə də, sonradan onun qrafiklə(?) açıqlama verdiyi bildirildi.

Qeyd edək ki, adları çəkilən deputatların esse müəlliflərinin mükafatlandırılma mərasimində iştirak etməsi ilə bağlı material "Azərbaycan müəllimi" qəzetinin rəsmi www.muallim.edu.az saytında oktyabrın 15-də yerləşdirilib: Tələbələr Yevgeni Primakovdan esse yazıblar.(AFN)















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.