Professordan ŞOKA DÜŞƏCƏYİNİZ AÇIQLAMA: Qidalara yuyucu məhlullar qatırlar – VİDEO

18-12-2019, 15:29           
Professordan ŞOKA DÜŞƏCƏYİNİZ AÇIQLAMA: Qidalara yuyucu məhlullar qatırlar – VİDEO
Süd istehsalı ilə məşğul olan bir çox şirkətlər məhsulun hazırlanmasında saxtakarlığa yol verir.

Turkustan.info xəbər verir ki, bu barədə türkiyəli professor Özer Ergen məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bal, zeytun yağı, kərə yağı, ət və süd məhsulları alarkən diqqətli olmaq lazımdır.

Qida, gigiyena və texnologiya mütəxəssisi Özer Ergün bildirib ki, istehsalda edilən bəzi hiylələr ölüm riskinə səbəb olur:

“Bu gün keyfiyyətli balın çəkisinin qiyməti 50-70 TL-dən (15-20 manat) az ola bilməz. Ancaq bala qlükoza və qarğıdalı siropu əlavə etməklə ucuz məhsul əldə edilir və 15-20 lirəyə satılır. Bala baxanda saxta olub-olmadığını dərhal anlamaq mümkün olmur.

Kərə yağına marqarin və ya ucuz yağlar qatan şirkətlər də var. Zeytun yağına isə daha ucuz günəbaxan, palma və ya kanola yağı əlavə edilir.

Ət maşınından keçirilmiş məhsullara da çox miqdarda yağ və ya piy əlavə edilir. Bu zaman keyfiyyət aşağı düşdüyü üçün qiyməti də endirilir. Süd tez xarab olmasın deyə ona müxtəlif maddələr, hətta yuyucu məhlullar da qatılır.

Holland pendirlərinin istifadə müddəti başa çatana yaxın rəflərdən yığılaraq əridilir. İnək südündən hazırlanan pendirləri qoyun və ya camış pendiri kimi satmağa çalışanlar da var. Vicdanı olmayan bəzi istehsalçılar bunu edirlər”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.