Artur Rəsizadənin işçilərindən bəziləri ixtisara düşəcək - NK-dakı dəyişikliklər kimin büdcəsini ziyana salacaq?

24-04-2015, 17:54           
Artur Rəsizadənin işçilərindən bəziləri ixtisara düşəcək - NK-dakı dəyişikliklər kimin büdcəsini ziyana salacaq?
«Bir sıra dövlət qurumlarında ixtisarlar gözlənilir», Bunu DİA.AZ-a deyən hökumətdəki mötəbər mənbə bildirir ki, konkret olaraq Nazirlər Kabinetinin özündə də belə bir prosesin - ixtisarların həyata keçirilməsi nəzərdə tutulub.

Məlumatlı mənbə bildirir ki, konkret olaraq 10-dan artıq vəzifəli şəxsin postunun ləğv edilməsi gözlənilir. Mənbənin DİA.AZ-a söylədikləri: «Bu gjün NK-da elə qurumlar var ki, əslində həmin ştatlar təkrar-ştatlar hesab olunur və əvvəlindən onların ləğvi nəzərdə tutulurdu. Amma müəyyən səbəblərdən belə bir addım atılmayıb».

İndi artıq belə bir zərurətin yetişdiyini deyən bilgili qaynaq dia.az-a açıqlamasında iddia edir ki, nəzərdə tutulan ixtisarlar nəticəsində təkcə rəsmi dövlət büdcəsinə hər ay 20 min manatlıq vəsaitin qənaət olunması gözlənilir: «Deməli, ixtisara düşənlər də vəzifəli xəşslər olacaq. Əslində onların demək olar ki, müəyyən bir hissəsi başqa vəzifələrdə də təmsil olunduqlarından bu ixtisarların kiminsə ailəsini dolanışıq yerindən edəcəyini söyləmək doğru deyil».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru