Ağciyər Xəstəlikləri İnstitutunun direktoru karantini pozdu

1-05-2020, 13:15           
Ağciyər Xəstəlikləri İnstitutunun direktoru karantini pozdu
Bildiyiniz kimi 24 mart 2020-ci il tarixdən etibarən (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabinentinin müvafiq qərarı ilə ölkəmizdə “Xüsusi Karantin Rejimi” tətbiq olunmaqdadır.
Məlumdur ki, karantin rejiminin istisna təşkil etməyən normalarından biri və birincisi risk qrupuna daxil olan “65” yaşdan yuxarı olan şəxslərin evdən çölə çıxmasının tamamilə qadağan edilməsi müəyyənliyidir.

Buna baxmayaraq, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri Institutunun sağlam fəaliyyət şəraiti və prespektivlərini məhv etmiş- həqiqətdən və məsuliyyətdən kənar; 70 yaşına qədəm qoymuş direktor QƏDIROVA HƏQIQƏT ƏBDÜL qızı xüsusi karantin rejiminin normalarını bu haqda müvafiq qərar qəbul edilən gündən etibarən kobud şəkildə pozur.

24.04.2020-ci il tarixdə, açıq şəkildə qeyd alınmış bu video materialdan da görünür ki, işçilərinə gül ehsan edən 70 yaşlı qoca direktor karantin rejiminin normativ tələblərinə əməl etməyin vacibliyinin fərqində deyil. Maska taxmağı özünə sığışdırmayan sözügedən direktor gül ehsan etmək xatirinə – əksəriyyəti maska-respirator taxmayan xeyli tibb işçisini bir zala yığaraq onlar arasında məsafə məhdudiyyətinin təmin edilməsinə riayət etmir, bu barədə tələb irəli sürmür.

Maraqlıdır ki, 7 saylı poliklinikanın həkimi Xudaverdi Eliyev-in 63 yaşı olmasına baxmayaraq, “TƏBIB” 04.05.2020-ci il tarixə qədər onun fəaliyyətinə qadağa qoyub. https://ayna.az/news/11145 Lakin, müvafiq qadağa qeyri-məlum səbəblərdən dolayı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri Institutunun direktoru Həqiqət Qədirova barəsində tətbiq edilməyib.Qeyd edim ki, onun yarıtmaz fəaliyyəti günbəgün instituta ziyan vurur, infeksiyaya yoluxma riskini artırır.

İctimai vəkil Samir Zeynalov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.