Bakıda lift problemi: Sakinlərdən pul yığılır, rəsmi qurumların xəbəri yoxdur - FOTO

26-06-2020, 09:58           
Bakıda lift problemi:
Yeni Günəşli qəsəbəsinin sakinləri lift problemindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a bina sakinləri tərəfindən məlumat verilib.

Söhbət Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “V” massivindən gedir.

Belə ki, pandemiya dövründə bina 3, blok 2-də yaşayan sakinlər lift məsələsindən narahatdır:

“Bloka elan yapışdırıblar ki, liftlərin təmir edilməsi üçün hər mənzildən altı manat pul tələb olunur. Tələb olunan pulu isə 8-ci mərtəbədə, 42-ci mənzilə vermək olar. İlin-günün bu vaxtı bizdən “lift pulu” yığılır”.



Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən sualımıza cavab olaraq bildirildi ki, sözügedən ünvandakı elan aidiyyəti qurumlar tərəfindən yerləşdirilməyib:

“Ərazi üzrə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxlanıldı. Məsələnin rəsmi qurumla hec bir əlaqəsi yoxdur. O elanın heç bir hüquqi əsası yoxdur. Bütün hallarda məsələ aidiyyəti üzrə araşdırılacaq. Elanın kim və ya kimlər tərəfindən, hansı məqsədlə yerləşdirildiyi müəyyən ediləcək”.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru