Ermənilər Xocavəndin kəndində ikimərtəbəli bina tikir...- ARXAYINLIĞIN TƏZAHÜRÜ-FOTO

26-06-2020, 11:04           
Ermənilər Xocavəndin kəndində ikimərtəbəli bina tikir...-
Separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Xocavənd rayonu ərazisində də mümkün quruculuq və məskunlaşdırma işlərini davam etdirir.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, düşmən Xocavənd rayonunun “Aşan” adlandırılmış Heşan kəndində 250 yerlik iclas zalı olan bələdiyyə binası tikir.

Bu haqda kəndin faktiki icra nümayəndəsi Armen Balasanyan məlumat verib. Binanın 2021-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

P.S. Düşmən hətta ucqar kəndlərdə belə quruculuq işləri aparırsa, bu, onun ARXAYINÇILIĞININ TƏZAHÜRÜDÜR...

Sultan Laçın













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru