Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək
17-01-2016, 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Bu məlumatı Trend-ə Fonddan təsdiqləyiblər.
30 yaşlı Zaura "osteoblastoma" diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var. Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.