Sabunçu icra başçısından şəhid ailəsinə kobudluq – Video

8-12-2020, 19:59           
Sabunçu icra başçısından şəhid ailəsinə kobudluq – Video
Şəhid Türkmən Məmmədovun ailəsi məmurların onlara qarşı kobud davranışığından şikayətlənir. Reportyor.info-nun verdiyi xəbərə görə, Bakının Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində yaşayan ailə həmçinin onlarla maraqlanmadığı üçün icra başçısı Adil Vəliyevdən narazıdırlar.
Onların sözlərinə görə, dövlət pul ayırır, məmurlar talayır, kasıblarla maraqlanmırlar. “Ki, dərdimiz nədir. O gün yağış suları həyətimizi basmışdı, üfunət bürümüşdü. Hər dəfə 40 manat veririk, həyətdən suyu çəkdiririk. Maraqlanmırlar ki, burada şəhid ailəsi yaşayır”, – deyə Türkmənin valideynləri gileylənir.
Şəhidin yaxınlarının dediyinə görə, üç mərasimindən bir gün əvvəl Sabunçu Rayon İcra Hakimiyyətindən kimsə gəlib, soruşub: “Bacıma kobud şəkildə deyilib ki, onlar Gədəbəyə aiddir, ona biz baxmırıq. Şəhidlər bölgələrə bölünür? Sən icra başçısısan, maraqlanmalısan. Şəhid ölkənindir, xalqındır.
Mən şəhid anasıyam, ürəyim dağlıdır. Bir dəfə maraqlanmadılar, demədilər ki, ay şəhid ailəsi, başınız sağ olsun”, – deyə video reportajda Məmmədovlar ailəsi narazılıqlarını çatdırıblar. Ətraflı video süjetdən izləyə bilərsiniz.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.