Sumqayıtın analoqsuz inkişafı budurmu?

21-02-2021, 00:07           
Sumqayıtın analoqsuz inkişafı budurmu?
Hörmətli redaksiya dəfələrlə dövlət TV kanallarında guya Sumqayıtda
Nəqliyyat İnfrastrukturunun inkişaf edtdiyi barədə yalançı publikaya
hesablanmış reklam xarakterli görüntüləri görmüşük.
Teref.az yazır ki, bu fikirlər saytımıza göndərilən məqalədə yazılıb.
Daha sonra məqalə müəllifi olan Kəmalə Məmmədli yazır, Lakin bütün bunlar şəhərİcra Hakimiyyətinin
tabeliyində olan Sumqayıt Nəqliyyatı kimi yağlı tikənin
əldən çıxıb Bakı Nəqliyyat Agentliyinə birləşdirilməsinin qarşısının alınması
üçün görülmüş qabaqlayıcı addımlardır. İllərdir büdcə hesabına milyonlarla
manata başa gəlmiş şəhərdaxili avtobusların kredit borcu ödənilməsə də
sürücülərin göndəlik plan artımlarına etiraz edərək işə çıxmamalarının
dəfələrlə şahidi olmuşuq. Gəlirlə işləyən bir müəssisənin rəsmi sənədlərdə
rentabelsiz kimi görsənməsinin bəs səbəbi nədir?
Səbəb sadədir, Bakı Nəqliyyatında hər görülən iş ictimai maraqlar
naminə edilirsə Sumqayıt şəhərində hər bir görülən işin ilk növbədə Kommersiya
maraqları güdülür. Fakt göz qabağındadır:
Bakı şəhərindəki Avtobuslarda zavod istehsalı olan tv monitorlar
mövcuddur ki bu monitorlarda da Hərbi Vətənpərvərlik, Koronovirusdan qorunma
yolları, Yol Hərəkəti qaydaları, Yaşlılara hörmət, Təmiz şəhər və s. Sosial
videoçarxlar gündəlik yayımlansa da Sumqayıtda şəxsi kommersiya maraqlarını
güdən Nəqliyyat şefi kustar üsüllarla mənzil şəraiti üçün nəzərdə tutulmuş
sabit 220 V cərəyanla çalışan və qısaca desək avtobusların motorunu sıradan
çıxarmaqla evini yıxan televizor monitorlarını quraşdıraraq yalnız biznes
obyektlərinin ödəniş hesabına reklam olunması ilə məşğuldur. Heç bir texniki
göstəricilərə cavab verməyən bu monitorlarda 1 dənə də olsa Sosial reklam
roliki burada yayımlanmır çünki ödənişlidir.
Bakı şəhərindəki Avtobusların salonlarında tavan hissədə müxtəlif sosial
xarakterli lövhələr təbliğ olunsa da Sumqayıtda avtobus salonlarını biznes
reklamları bürüyüb bir dənə də sosial reklam yayımı yoxdur.
Eləcə də dayanacaqlar. Baki şəhərində 2000 dən çox dayanacaqların 1
dənəsində də olsun biznes reklamı mövcud deyil. Sumqayıtda isə əksinə
dayanacaqları yalnız taksi reklamları bəzəyib.
Bax elə bunlara görə də dövlət zəmanəti ilə büdcəmizə milyonlar hesabına
başa gəlmiş şəhər avtobuslarının kredit borcu gələcək nəsillərin boynuna yük
kimi düşür. Çanki hələ pul qazanmaq vaxtıdır.

Kamala Mammadova
Teref.az olaraq məqalədə qaldırılan problemlərlə bağlı maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.