Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender

3-03-2021, 10:47           
Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə daha bir "jest” edib. Dövlət şirkətinin Yevlaxin su ve kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderi E.Vəliyevin ailəsinə yaxın olan şirkət "qazanıb”. Tenderə çıxarılan layihənin ümumi dəyəri 30 milyon manata yaxındır.

Xatırladaq ki, E.Vəliyevin ailəsinə məxsus olan "Rusel” şirkəti (VÖEN- 1600133861) bügünlərdə yeni bir tenderin qalibi olub. "Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tenderdə müsabiqəsinin qalibi "Rusel” şirkəti elan edilib.

"Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün "Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

"Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Gəncə şəhərinin keçmiş icra başçısının və oğlu Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, "Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin prezidentidir. //sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru