Binaların ortasında sement zavodu: Sakinlər zəhərlənir- FOTO, VİDEO

10-08-2021, 17:03           
Binaların ortasında sement zavodu:
Fotolarda və videoda gördüyünüz məkan, Bakının Bayıl və Bibiheybət massivləri arasında, Yeni Salyan şossesi ünvanında yerləşən Jurnalist şəhərciyi və 20-ci sahədir. Binaların lap yanında, həyət evlərinin ortasında sement zavodu işləyir. Əsasən gecələr olmaqla, ətrafa zəhərli tullantılar atır. Bu zəhərli tüstü binaların, evlərin içinə dolur və nəfəs almaq mümkün olmur.


Bu zavodun fəaliyyəti nəticəsində, ətrafdakı bütün binalar, evlər gecə gündüz zəhərli tüstülərə bürünür, insanlar zəhərlənir. Əgər bura yaşayış zonasıdırsa, onda burada havanı zəhərləyən sənaye müəssisəsi nə gəzir, əgər sənaye zonasıdırsa, bu binaları, evləri burada niyə tikiblər? Bu suallara cavab yoxdur.

Problemlə bağlı dəfələrlə aidiyyatı orqanlara şikayət ünvanlansa da, bu, heç kimin vecinə deyil. Əsas odur ki hansısa “müəllim” özü üçün çoxlu pul qazansın, adamlar zəhərlənib ölsə də olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru