Mərdəkanı zibilxanaya kim çevirib? — VİDEO

10-08-2021, 22:23           
Mərdəkanı zibilxanaya kim çevirib? — VİDEO
Mərdəkanın Ərəblinski küçəsində zibil qutuları olmağına baxmayaraq, tullantılar qutudan kənara atılır.

Sakinlər zibil qutularından ətrafa yayılan qoxudan narazılıq edir, qoxunun nəinki ətrafdakı yaşayış evlərinə, hətta yaxınlıqdakı məktəbə yayıldığını vurğulayırlar.

Həmin ərazinin sakinlərinin bir digər problemi də yolların nahamar və yöndəmsiz olmasıdır.

Bu problemlərlə bağlı Xəzər rayon İcra Hakimiyyəti Mərdəkan nümayəndəsi İlqar Muqbilov Baku TV-yə açıqlama verib.

O bildirib ki, asvalt yerə əllə salınıb və xüsusi texnika ilə sıxılaraq bərkidilib. Xüsusi texnika olmadığına görə, yollarda ideal hamarlıq əldə etmək mümkün olmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru