Dayanma-durma cərimələri qanunsuzdur? - AİDİYYATI QURUMLAR QARŞI-QARŞIYA - VİDEO

11-08-2021, 16:34           
Dayanma-durma cərimələri qanunsuzdur? -
Şəhərdə daynma-durma qadağan olunan yerlərdə kameralar vasitəsi ilə sürücülərə yazılan cərimələr qanunsuzdur. Belə ki, qanunda kameralar vasitəsi ilə sürücülərin dərhal cərimə olunması nəzərdə tutulmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli telekanallarda reportaj da yayımlanıb. Nəqliyyat üzrə ekspert Elməddin Muradlının müsahibəsində deyildiyi kimi, sürücülərin bununla bağlı narazılığı haqlıdır.

İnzibati xətalar məcəlləsinin 124.5-124.6-cı maddəsində müəyyən edilir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin bort komputer vasitəsi ilə bir neçə şəkilini çəkib, daha sonra qərar qəbul etməlidir.

Hətta sürücü məhkəməyə müraciət etməklə kamera vasitəsi ilə yazılan cəriməni öz xeyrinə sildirə bilər.

Daha ətraflı videodan izləyə bilərsiniz:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru